De Byazinin təyinatına kim mane olub?

13 Oktyabr 2020 20:20 İtaliya 869
De Byazinin təyinatına kim mane olub?

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi 2016-cı ildə İtaliya Futbol Federasiyasından təklif alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə federasiyanın sabiq prezidenti Karlo Tavekkio "Punto Nuovo" radiosuna açıqlamasında deyib.

77 yaşlı funksioner bildirib ki, həmin ərəfədə 4 mütəxəssislə danışıqlar gedib: "Əvvəlcə Fabio Kapellodan yığmanın sükanı arxasına keçməsini xahiş etdim. İlk olaraq, razılıq versə də, sonradan istiqaməti dəyişdi.

Halbuki ona illik 4 milyon avro təklif etmişdim. İkinci namizəd Roberto Donadoni idi. Lakin həmin vaxt "Bolonya"nın prezidenti təklifi geri çevirdi və Donadonini buraxmadı.

Bundan sonra siyahıda Canni De Byazi ilə Campyero Venturanın adları qalmışdı. Albaniya Futbol Federasiyasının prezidenti Arman Duka FIFA-nın işinə qarışaraq, De Byazinin qarşısını kəsdi".

Bu ilin avqustunda Azərbaycan millisinə baş məşqçi təyin olunmuş Canni De Byazi Albaniya yığmasına 2011 - 2017-ci illərdə rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"