"İnter" "Mançester Siti"nin hücumçusunu istəyir

12 Oktyabr 2020 15:18 İtaliya 701
"İnter" "Mançester Siti"nin hücumçusunu istəyir

“Mançester Siti”nin hücumçusu Serxio Aquero karyerasını İtaliyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, “İnter” oyunçunun xidmətində maraqlıdır.

Məlumata görə, argentinalı forvardın “şəhərlilər”lə müqüviləsi 2020-2021 mövsümünün sonunda başa çatır. Premyer Liqa təmsilçisinin onunla sözləşmə yeniləmək niyyətində olmadığı bildirilir.

Aquero “İnter”dən gələcək təklifə müsbət cavab vermək niyyətindədir. 33 yaşlı hücumçunun tək şərti müqavilənin 2 illik olmasıdır.

Tərəflərin yaydan danışıq apardığı və şərtlərin uyğun olacağı təqdirdə, transferin yanvarda reallaşa biləcəyi vurğulanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti