Bu ölkədə ən çox maaş alan baş məşqçilər

11 Oktyabr 2020 16:20 İtaliya 752
Bu ölkədə ən çox maaş alan baş məşqçilər

İtaliya A Seriyasındakı komandaların baş məşqçilərinin maaş reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, "La Gazzetta dello Sport"un tərtib etdiyi siyahıya "İnter"in baş məşqçisi Antonio Konte liderlik edir.

O, ildə 12 milyon avro qazanır. İkinci yerdə 2,5 milyon avro maaşla Paulu Fonseka ("Roma") qərarlaşıb. "3-lüy"ü 2,2 milyon avro məvacibi olan Can Pyero Qasperini ("Atalanta") qapayır.

"Yuventus"un baş məşqçisi Andrea Pirlo 1,8 milyon avro maaşla 7-cidir. Ən az maaşı isə Fabio Liverani ("Parma") və Vinçentso İtalyano ("Spetsiya") alır - hərəyə 0,5 milyon avro.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti