Paytaxt komandasında baş məşqçi postuna daha bir namizəd

11 Oktyabr 2020 10:20 İtaliya 747
Paytaxt komandasında baş məşqçi postuna daha bir namizəd

Baş məşqçisi Paulo Fonseka ilə yollarını ayıracağı deyilən “Roma”nın bu post üçün daha bir namizədi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, paytaxt klubu son olaraq “Yuventus”u çalışdıran Massimiliano Alleqrini əsas namizədlərdən biri kimi müəyyənləşdirib.

Məlumata görə, Alleqri ilə “Roma”nın sahibi Dan Fridkin arasında görüş keçirilib. Alleqrinin yenidən A Seriyasında çalışmağa razı olduğu bildirilir.

“Roma”nın baş məşqçi postu üçün “Yuventus”un digər sabiq çalışdırıcısı Mauritsio Sarrinin də adı çəkilir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM