"Yuventus"un futbolçusu Kriştianu Ronaldo klub rəhbərliyi ilə mübahisə edib.
Sportinfo.az xəbər verir ki, buna Turin təmsilçisinin bütün oyunçularının karantinə alınması səbəb olub. Klubun iki işçisi koronavirusa yoluxub.
Ronaldu oktyabrın 7-də Portuqaliya millsinin heyətində İspaniyaya qarşı (0:0) yoldaşlıq görüşündə iştirak edib. Təcrübəli forvard karantin səbəbindən ona icazə verməyən klub rəhbərliyinin qərarından narazı qalıb.
Kriştianu Ronaldo 2018-ci ildən "Yuventus"da çıxış edir. Ronaldu bu komandada iki dəfə İtaliya çempionatının, bir dəfə isə ölkə Super Kubokunun qalibi olub. Ulduz futbolçunun klubla sözləşməsi 2022-ci ildə başa çatacaq.

