“Sampdoriya”nın prezidenti Massimo Ferrero hədələyici məktub alıb.
Sportinfo.az xəbər verir ki, onun ünvanına güllə göndərilib.
Bundan savayı, klub prezidenti çoxsaylı hədələyici mesajlar da alıb. Bir neçə məktubda isə açıq şəkildə bildirilib ki, onu öldürəcəklər. Klub prezidenti polisə müraciət edib.
Prezidentin hədəyə məruz qalmasına səbəb kimi klubun “Sampdoriya”nın sabiq futbolçusu Canluka Viallinin rəhbərlik etdiyi konsorsiuma satılması ilə bağlı aparılan danışıqların uğursuz nəticələnməsi göstərilir.

