İbrahimoviçin koronavirus testi növbəti dəfə müsbət oldu

9 Oktyabr 2020 02:00 İtaliya 609
İbrahimoviçin koronavirus testi növbəti dəfə müsbət oldu

"Milan"ın futbolçuları Zlatan İbrahimoviç və Leonardo Duarte yenidən koronavirus testindən keçib.

Sportinfo.az xəbər verir ki, hər iki oyunçunun testi müsbət nəticələnib.

Duarte sentyabrın 23-də, İbrahimoviç isə bir gün sonra koronavirusa yoluxub. 39 yaşlı hücumçunun A Seriyasının IV turunda "İnter"lə matçı buraxmaq ehtimalı yüksəkdir.

Oktyabrın 17-də keçiriləcək "İnter" - "Milan" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti