Oğrular Ronaldonun 7 milyonluq villasını "apardı"

8 Oktyabr 2020 18:34 İtaliya 1 046
Oğrular Ronaldonun 7 milyonluq villasını "apardı"

"Yuventus"un ulduzu Kriştianu Ronaldo xoşagəlməz hadisə ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı hücumçunun Madeyra şəhərindəki villası qarət olunub.

Hadisə Portuqaliya və İspaniya yığmaları arasında qolsuz yekunlaşan yoldaşlıq oyunu zamanı baş verib. Naməlum şəxsin qarajdan evə daxil olması təhlükəsizlik kameralarına düşüb.

Hələlik oğurlanan əşyaların siyahısı və dəymiş zərərin miqdarı açıqlanmayıb. Lakin 35 yaşlı forvardın imzalı oyun forması da daxil olmaqla, şəxsi əşyalarının götürüldüyü məlum olub.

Kriştianu Ronaldonun Madeyradakı mülkünün dəyəri 7 milyon funt sterlinqdir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM