İki transfer etdilər - ispan hücumçu və argentinalı müdafiəçi

8 Oktyabr 2020 01:20 İtaliya 1 000
İki transfer etdilər - ispan hücumçu və argentinalı müdafiəçi

"Fiorentina" heyətini yeni futbolçularla gücləndirib.

Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi ispan hücumçu Xose Kalyexon və argentinalı müdafiəçi Lukas Martines Kuartanı transfer edib.

Son yeddi mövsümü "Napoli"də keçirmiş Kalyexon yeni klubuna azad agent kimi keçib. 33 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmayıb.

Martines Kuarta isə "Fiorentina" ilə 5 illik müqaviləyə imza atıb. 24 yaşlı futbolçu "River Plate"in yetirməsidi. O, ötən ildən Argentina yığmasına da dəvət alır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti