"Yuventus" iştirak ərizəsini açıqladı - ÇL üçün

7 Oktyabr 2020 09:42 İtaliya 670
"Yuventus" iştirak ərizəsini açıqladı - ÇL üçün

"Yuventus" Çempionlar Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, siyahıda 23 futbolçunun adı yer alıb.

Turin təmsilçisi Çempionlar Liqasının qrup mərhələsində "Barselona", ​​Kiyev "Dinamosu və "Ferentsvaroş"la qarşılaşacaq.

Əlavə edək ki, siyahıya "Yuventus"la müqaviləni ləğv edəcəyi gözlənilən Sami Xedira daxil edilməyib.

Qapıçı: Voyçex Şensnı, Karlo Pinsolyo, Canluici Buffon

Müdafiəçilər: Corco Kyellini, Matteys de Liqt, Aleks Sandro, Danilo, Xuan Kuadrado, Leonardo Bonuççi, Merih Demiral, Canluka Frabotta

Yarımmüdafiəçilər: Artur, Aaron Remzi, Ueston Makkenni, Adrien Rabyo, Rodriqo Bentankur, Manolo Portanova, Deyan Kuluşevski

Hücumçular: Kriştiano Ronaldo, Alvaro Morata, Paulo Dibala, Federiko Kyeza, Federiko Bernardeski

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti