“İnter”lə “Atalanta” səfərdə sevindi - Böyük hesabla

1 Oktyabr 2020 01:52 İtaliya 771
“İnter”lə “Atalanta” səfərdə sevindi - Böyük hesabla

İtaliya A Seriyasında 1-ci turdan təxirə salınmış oyunlar keçirilib.

Sportinfo.az xəbər verir ki, bu gün 3 matç baş tutub.

“İnter” 7 qolun vurulduğu görüşdə “Benevento” üzərində səfər qələbəsinə sevinib. “Spetsia” isə “Udineze” ilə görüşdə meydan sahiblərini xalsız qoyub.

Günə “Latsio” – “Atalanta” matçı ilə yekun vurulub. Berqamo təmsilçisi Romada əldə etdiyi üç xalla mövsümdə ikinci qələbəsini bayram edib.

“Udineze” – “Spetsia” 0:2

Qol: Qalabinov, 29; 90.

“Benevento” – “İnter” 2:5

Qol: Kaprari, 34; 76 – Lukaku, 1; 28. Qalyardini, 25. Hakimi, 42. Martines, 71.

“Latsio” – “Atalanta” – 1:4

Qol: Kaysedo, 56 - Qosens, 10, Hatebor, 32, Qomes, 41; 61.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti