Berluskoninin sahibi olduğu kluba keçdi - Boatenq

29 Sentyabr 2020 00:14 İtaliya 752
Berluskoninin sahibi olduğu kluba keçdi - Boatenq

“Fiorentina”nın yarımmüdafiəçisi Kevin-Prins Boatenqin yeni iş yeri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı futbolçu karyerasını İtaliyanın başqa bir klubunda, B Seriyasında mübarizə aparan “Monza”da davam etdirəcək.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Qanalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

"Monza"nın sahibi "Milan"ın sabiq prezidenti Silvio Berluskonidir. Maraq üçün xatırladaq ki, “Milan” sonuncu çempionluğunu qeyd etdiyi 2010/11 mövsümündə bu kluba Berluskoni rəhbərlik edirdi,

Boatenq də məhz bu komandanın uğurları üçün çalışırdı. Kevin geridə qalan mövsümdə icarə əsasında “Beşiktaş”ın uğurları üçün çalışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!