İtirilən klub "Neftçi" oldu

28 Sentyabr 2020 16:14 İtaliya 748
İtirilən klub "Neftçi" oldu

Azərbaycan klublarının avrokuboklardakı yolu yenə pley-off ərəfəsi bir komandaya qədər seyrələrək daraldı.

Yenə ümid "Qarabağ"a qaldı.

Üstəlik, "Qarabağ" bu dəfə də ümidləri Avropa liqasındakı mübarizəyə saxladı. Ötən oyun günündə itirilən klub "Neftçi" oldu.

Azərbaycanda çox məşhur olan və azarkeş ordusuna sahib Türkiyə "Qalatasaray"ı ilə dueldə "Neftçi"nin çox da şansı yox idi. Lakin "ümid sonuncu ölər" prinsipi ilə gözlər daha çox tarixə köklənmişdi. Bunun da ilğım olacağı və günlə səsləşməyən bir nağıl, istək, həvəs olduğu da aydın idi. Axı, ədalət də var.

Əlbəttə, 90-cı illərə qədərki dövr olsaydı, "Neftçi" Türkiyə klubları ilə müqayisədə favoritlərdən sayılardı. Amma zaman sürətlə dəyişir və 80-ci illərin sonundan yeni formul ilə addım-addım irəliləyən Türkiyə futbolu elə həmin 90-cı illərdə və estafeti alman mütəxəssislərdən alan Fatih Terim kimi mütəxəssislə böyük yola çıxdı.

Digər məşqçilərin də mərhələ ilə söz sahibi olduğu bu yolda "Qalatasaray" Türkiyəyə bugünəqədərki ən böyük tarixi uğuru elə "Neftçi" ilə qarşılaşdığı yarış çərçivəsində gətirdi. Sonra yüksəliş milli komanda səviyyəsinə də sıçradı və yetişən futbolçular nəsli Türkiyə futbolunu Azərbaycan azarkeşinə də sevdirdi.

Əslində, "Neftçi"nin tarixi ənənələr hirsi ilə bu oyuna çıxması da gözlənilən bir şey deyildi. Komandanın istər Avrokubok, istərsə də milli futbol çempionatında kollektivin bütün yetərsizlikləri "Cim-bom"la matçda da əyani üzə çıxdı.

Komandanın müdafiəsində nə baş verirdisə, anlaşılan deyildi. Bu komandada məşqçinin özünün də bir qəti fikir sahibi olmadığı açıq hiss olunur. Onun bitmiş fikrinə çox böyük ehtiyac var. Əslində, "Qalatasaray" qələbəsinin təməlini qoyan qapıçı səhvinin də qaynağı buradandır.

BATI YAR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti