David Silva "Latsio" yolunda

7 Avqust 2020 11:20 İtaliya 568
David Silva "Latsio" yolunda

10 il formasını geyindiyi "Mançester Siti"dən ayrılmağa qərar verən David Silva karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, A Seriya təmsilçisi "Latsio" ispaniyalı yarımmüdafiəçini transfer etmək üzrədir.

Roma təmsilçisi futbolçu ilə 2 illik müqavilə bağlamağı planlaşdırır. "Latsio" 34 yaşlı futbolçunun illik 2,5 milyon avro+bonuslar, Romanın mərkəzində ev, şəxsi sürücü və xüsusi təyyarə istəyini qəbul edib.

Futbolçunun qardaşı transferdəki xırda detalları tamamlamaq üçün Romaya yollanıb. Silva ötən mövsüm keçirdiyi 40 oyunda 7 qol vurub, 10 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti