Gizlədilən futbolçudan yeni xəbər var

25 May 22:40 İtaliya 218
Gizlədilən futbolçudan yeni xəbər var

İtaliyanın “Torino” klubunun koronavirusa yoluxan futbolçusu tam sağalıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Torino” mayın 6-da bir futbolçusunda koronavirus aşkarlandığını açıqlamışdı. Lakin həmin futbolçunun kimliyi barədə məlumat verilməmişdi. Həmin dövrdən müalicə alan və xüsusi nəzarətdə saxlanılan oyunçunun sonuncu koronavirus testlərinin neqativ çıxdığı bildirilir.

Artıq sözügedən oyunçunun komanda ilə məşqlərdə də iştirak etdiyi diqqətə çatdırılıb.

Xəbər Lenti
9 İyul 13:12 Azərbaycanı tərk etdi