Ronaldonun istədiyi transferə Sarri yox dedi

22 May 2020 20:20 İtaliya 1 058
Ronaldonun istədiyi transferə Sarri yox dedi

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo Federiko Kyezanı komandada görmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Ronaldonun “Fiorentina”nın yarımmüdafiəçisini “qoca sinyora”da görmək istədiyi və bununla bağlı klub rəhbərliyi ilə danışdığı bildirilir. Lakin komandanın baş məşqçisi Mauritsio Sarri Kyezanın transferinə qarşıdır və pulun digər transferlərə xərclənməsini istəyir.

“Fiorentina” 22 yaşlı futbolçunun transferindən 60 milyon avro qazanmağı hədəfləyir.

Kyezanın “Fiorentina” ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu