"Barselona" və PSJ-nin marağına məhəl qoyulmadı

20 May 2020 20:00 İtaliya 635
"Barselona" və PSJ-nin marağına məhəl qoyulmadı

"Milan" futbolçusu Teo Hernandes üçün bu yay gələcək bütün təklifləri rədd edəcək.

Sportinfo.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, İtaliya təmsilçisi 22 yaşlı müdafiəçini komandada saxlamağa qərar verib.

T.Hernandeslə PSJ və "Barselona"nın maraqlandığı iddia olunur.

Qeyd edək ki, fransalı oyunçu bu mövsüm A seriyasında 22 matçda 5 qol vurub, 3 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!