"Yuventus" Ronaldonu satış siyahısına saldı - SENSASİYA!

6 Aprel 2020 16:14 İtaliya 1 919
"Yuventus" Ronaldonu satış siyahısına saldı - SENSASİYA!

"Yuventus" ulduz futbolçusu Kriştianu Ronaldonu satılacaq futbolçuların siyahısına əlavə edib.

Sportinfo.az xəbər verir ki, Turin təmsilçisi koronavirusa görə yaranan iqtisadi problemləri bu yolla aradan qaldırmaq niyyətindədir.

Ölkə çempionu 35 yaşlı Ronaldonu da satmağı planlaşdırır. Portuqaliyalı forvardın sabiq komandası "Real"a qayıdacağı iddia edilir.

Ronaldonun 30 milyon avroluq maaşından xilas olmaq istəyən "Yuventus" onu 60 milyon avroya satmaq istəyir.

Kriştianu bu mövsüm “Yuventus” forması ilə 32 oyuna çıxıb. O, 25 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. İtaliya A Seriyası martın 11-də koronavirusa görə dayandırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti