“Yuventus” rəhbərliyi İtaliya millisinin sabiq baş məşqçisi Luçano Spaletti ilə danışıqlar aparmağı planlaşdırır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar bu gün olacaq.
Turin klubu 66 yaşlı mütəxəssisə mövsümün sonuna qədər müqavilə, əlavə olaraq isə müddətin uzadılma imkanını təklif etməyi düşünür.
“Yuventus” son turda səfərdə “Latsio”ya 0:1 hesabı ilə məğlub olub və bütün turnirlərdə qələbəsiz oyunlar seriyasını 8-ə çatdırıb.
Komanda A Seriyasının səkkiz turundan sonra 12 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

