Dünya onundur, onun… - İlk milyarder futbolçu

3 Aprel 18:06 İtaliya 492
Dünya onundur, onun… - İlk milyarder futbolçu

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo daha bir göstəriciyə görə tarixə düşəcək.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı ulduz bu dəfə maliyyə göstəricisinə görə tarixdə qala bilər. O, bir milyard qazanacaq ilk futbolçu olacaq.

35 yaşlı hücumçu 2019/2020 mövsümü başa çatdıqdan sonra bu göstəriciyə nail olacaq. Onun futboldan qazandığı sərvət 1 milyard dollara çatacaq. Hətta məvaciblərin azaldılması da buna mane olmayacaq.

İndiyə qədər bir milyard göstəricisinə yalnız 3 idmançı – qolfçu Tayqer Vuds, boksçu Floyd Meyuezer və basketbolçu Maykl Cordan çata bilib.

Xəbər Lenti