"Heç özüm də bilmirəm ki, nə etmək istəyirəm"

2 Aprel 2020 16:56 İtaliya 371
"Heç özüm də bilmirəm ki, nə etmək istəyirəm"

Zlatan İbrahimoviçin “Milan”ı tərk edəcəyi ilə bağlı məlumat yayılıb.

Sportinfo.az xəbər verir ki, İbra bu məsələyə münasibət bildirib. O, gələcəyi ilə bağlı konkret qərar vermədiyini vurğulayıb:

“Baxaq görək necə olur. Heç özüm də bilmirəm ki, nə etmək istəyirəm. Hər gün yeni nəsə baş verir. Biz, sadəcə həyatdan zövq almağa çalışmalıyıq.

Çox narahatlıq keçirməyə dəyməz. Mənim ailəm var və onlar haqda düşünməliyəm. Onlar qaydasındadırlar, o cümlədən, mən də”.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, Zlatan mövsüm başa çatandan sonra “Milan”ı tərk edəcək.

Digər Xəbərlər
Xəbər Lenti