Alıb-satmağı bacaranları milyonçu edənlər - TƏZƏ BAZAR

2 Aprel 2020 15:18 İtaliya 646
Alıb-satmağı bacaranları milyonçu edənlər - TƏZƏ BAZAR

A Seriyasında çıxış edən klubların agentlərə ödədiyi məbləğ məlum olub.

Sportinfo.az xəbər verir ki, məlumatı İtaliya Futbol Federasiyası açıqlayıb.

Klublar 2019-cu ildə futbolçuların agentlərinə 187 milyon avro ödəyiblər. Bu, 2018-ci illə müqayisədə 18 milyon avro çoxdur. Burda söhbət yalnız klubların ödədiyi vəsaitdən gedir.

Futbolçular isə agentlərə 13 milyon avro ödəyiblər. Agentlərə ən çox “Yuventus” pul ödəyib – 44,3 milyon avro. Daha üç klub agentlərə 10 milyon avrodan artıq vəsait ödəyib – “İnter” (31,8 milyon), “Roma” (23,2), “Milan” (19,6).

Digər Xəbərlər
Xəbər Lenti