Ronaldonu almağa iddialı klubların adı bilindi

1 Aprel 2020 15:46 İtaliya 920
Ronaldonu almağa iddialı klubların adı bilindi

"Yuventus"un futbolçusu Kriştianu Ronaldo yayda komandanı tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı hücumçunu əldə etməyə PSJ iddialıdır.

Paris təmsilçisi maliyyə problemləri yaşayan Turin klubunun portuqaliyalı forvardına sərfəli müqavilə təklif etmək niyyətindədir.

Ronaldonun İngiltərə "Mançester Yunayted"inə qayıdış variantı da var. O, "qırmızı şeytanlar"ın şərəfini 2003 - 2009-cu illərdə qoruyub.

Daha öncə "Yuventus"un, üzləşdiyi maliyyə böhranının nəticələrini aradan qaldırmaq üçün hücumçusunu 70 milyon avroya satmasının mümkünlüyünə dair xəbər yayılıb.

Bu mövsüm Kriştianu Ronaldo "ağ-qaralar"ın heyətində 32 oyuna 25 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun hazırkı müqaviləsi 2022-ci ilin iyununadək qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti