"Sampdoriya"nın koronavirusa yoluxan ilk futbolçusu sağaldı

1 Aprel 2020 01:38 İtaliya 1 019
"Sampdoriya"nın koronavirusa yoluxan ilk futbolçusu sağaldı

Bir müddətdir koronavirusdan əziyyət çəkən “Sampdoriya”nın futbolçusu Manolo Qabbiadini sağalıb.

Sportinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatına açıqlama verən hücumçu sonuncu koronavirus testinin mənfi çıxdığını deyib:

“Birinci gün hərarətim oldu, növbəti beş gündə isə xoşagəlməz öskürək var idi. Bu müddəti evdə keçirdim. Hər gün həkimlərlə danışırdım. Sonuncu testin nəticəsi mənfi çıxdı”.

Manolo Qabbiadini “Sampdoriya”da koronavirusa yoluxan ilk futbolçu olub. Ondan sonra komandanın daha 6 futbolçusunda bu virus aşkarlanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti