"Klublar səhvə yol verdi"

30 Mart 2020 09:56 İtaliya 615
"Klublar səhvə yol verdi"

İtaliyanın idman naziri Vinçentso Spadafora A seriyasının bərpa olunacağı tarixlə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, nazir çempionatın mayın 3-də bərpa olunmasının real olmadığını bildirib.

O, koronavirusun ilkin yayıldığı vaxtda klubların səhvə yol verdiyini də vurğulayıb: “Çempionatı mayın 3-də bərpa etmək o qədər də real deyil. Dayanmaq lazım əgləndə A seriyasının klubları səhvə yol verdilər, oynamağa davam etdilər.

Onlar başa düşüməlidirlər ki, indi hər şey əvvəlki kimi olmayacaq. Sabah bütün idman tədbirlərinin aprelin sonuna qədər təxirə salınmasını təklif edəcəyəm. Bura məşqlər də daxildir.

İdman təkcə futbol deyil, futbol da təkcə A seriyası deyil. Klublara aydın olmaldır ki, krizisdən sonra hər şey əvvəlki kimi olmayacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı