Nazir: "Növbəti dəfə yeni təklif irəli sürəcəm"

30 Mart 2020 01:52 İtaliya 437
Nazir: "Növbəti dəfə yeni təklif irəli sürəcəm"

İtaliya A Seriyasının oyunlarının bərpa müddəti koronavirus pandemiyasına görə uzadılacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında ölkənin idman naziri Vinçentso Spadafora bildirib.

Onun sözlərinə görə, çempionat təxirə salındığı vaxtda - mayın 3-də başlamayacaq. Nazir liqaların bərpa müddətini uzatmaq üçün İtaliya hökumətinə müraciət ediləcəyini bildirib:

"A Seriyasını mayın 3-də başlatmaq real plan deyil. İdman sadəcə, futbol deyil, futbol da A Seriyasından ibarət deyil. Bütün idman tədbirlərinin növbəti dəfə təxirə salınması ilə bağlı təklif irəli sürəcəm".

İtaliya A Seriyası martın 11-də dayandırılıb. 26 turdan sonra turnir cədvəlinə 63 xalla "Yuventus" başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti