Mart, aprel, may və iyun aylarının maaşı tam verilməyəcək

29 Mart 2020 11:34 İtaliya 535
Mart, aprel, may və iyun aylarının maaşı tam verilməyəcək

“Yuventus” koronavirus pandemiyasına görə yaranmış böhranla əlaqədar futbolçu və məşqçi heyətinin maaşını azaltmağa qərar verib.

Sportinfo.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, mövcud vəziyyətlə əlaqədar futbolçulardan və məşqçilərdən bir neçəsi rəhbərliyə öz maaşlarını azaltmağa razı olduqlarını bildirib.

Klub rəhbərliyi digər oyunçuların da fikrini öyrəndikdən sonra onların tələbini yerinə yetirib. Beləliklə, “Yuventus”da mart, aprel, may və iyun aylarının maaşları tam ödənilməyəcək. Klub bunun sayəsində bütövlükdə 90 milyon avroluq qənaət edəcəklərini açıqlayıb.

İtaliya nəhəngi futbolçu və məşqçi heyətinə göstərdikləri anlayışa görə təşəkkür edib. Klub bu qərarla bağlı daha detallı açıqlamanın daha sonra veriləcəyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"