"Milan"ın baş məşqçisi olmaq təklifini geri çevirdi

28 Mart 2020 14:50 İtaliya 1 029
"Milan"ın baş məşqçisi olmaq təklifini geri çevirdi

Almaniyalı baş məşqçi Ralf Ranqnik “Milan”ı çalışdırmaqdan imtina edib.

Sportinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilir ki, “Milan” klubu 61 yaşlı mütəxəssislə danışıqlar aparsa da, nəticələr müsbət olmayıb. Ranqnik İtaliyada baş verən koronavirus epidemiyası ilə əlaqədər orada çalışmaq istəmədiyini bildirib.

Klub nümayəndələri ona gələn mövsüm üçün təklif versələr də, baş məşqçi ümumiyyətlə İtaliyaya gəlməyi rədd edib. Ralf Ranqnikin son iş yeri “Leyptsiq” olub. O, daha öncə “Şalke”, “Qannover” və “Ştutqart” kimi klublarda baş məşqçilik edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu