“Yuventus”un türk ulduzu 2 min ailəyə yardım etdi

27 Mart 2020 01:52 İtaliya 959
“Yuventus”un türk ulduzu 2 min ailəyə yardım etdi

Türkiyə yığmasının və "Yuventus”un müdafiəçisi Merih Demiral koronavirus pandemiyasına qarşı mübarizə kampaniyasına qoşulub.

Sportinfo.az xəbər verir ki, o, bu barədə “Tvitter”dəki hesabı vasitəsilə məlumat yayıb.

22 yaşlı müdafiəçi paylaşımında virusa baxmayaraq, evdən çıxmağa məcbur olan 2 min türk ailəsinə evdə daha çox qala bilmələri üçün ərzaq yardımı edəcəyini yazıb.

Demiral həmin ailələrin Türk Qırmızı Aypara Cəmiyyəti tərəfindən seçiləcəyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti