Koronavirusa yoluxmuş məşhur futbolçu nələr danışdı?

20 Mart 13:54 İtaliya 254
Koronavirusa yoluxmuş məşhur futbolçu nələr danışdı?

COVID-19 virusuna yoluxmuş “Yuventus” klubunun fransız futbolçusu Blaise Matuidi azarkeşlərə müraciət edib.

Sportinfo.az xəbər verir ki, bu barədə ulduz futbolçu “İnstagram” hesabında paylaşım edib.

Turin təmsilçisinin üzvü müraciətində bildirib ki, koronavirus insanlığı birləşdirib: “Həmişə müsbət düşünürəm, bu gün də müsbətəm. Virusun əlamətləri məndə yoxdur və peşəkar futbolçu kimi ayrıca müalicə olunacam.

Virus insanlığı birləşdirib. Bundan daha güclü şəkildə çıxacağıq. Bu, bizə daha yaxşı olmağı, birləşməyi və səxavətli olmağı öyrədəcək. Dostluq və dəstək mesajları üçün təşəkkür edirik. İntizamlı olmalıyıq ki, ailəmizə yenidən sarılaq və qolları komanda yoldaşlarımızla birgə qeyd edək. Mən yaxşıyam, müvəffəq olacağıq”.

Xəbər Lenti