"Yuve" Ronaldonu 39 yaşınadək komandada saxlamaq istəyir

16 Mart 01:52 İtaliya 172
"Yuve" Ronaldonu 39 yaşınadək komandada saxlamaq istəyir

"Yuventus" Kriştianu Ronaldo ilə müqaviləni uzatmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, Turin təmsilçisi portuqaliyalı hücumçu ilə 2024-cü ilin yayınadək anlaşma əldə etmək istəyir.

Beləliklə, sözləşmə baş tutsa, Ronaldo 39 yaşınadək "ağ-qara" formanı geyinəcək. Hələlik klubun 35 yaşlı forvarda hansı şərtləri təklif edəcəyi bilinmir.

Hazırda təcrübəli oyunçunun illik əmək haqqı 31 milyon avrodur. Kriştianu Ronaldo "Yuventus"a 2018-ci ilin yayında "Real"dan 117 milyon avroya keçib.

O, cari mövsümdə A Seriyasında 22 oyuna 21 qol (7-si penaltidən) vurub və 3 məhsuldar ötürmə verib. Ronaldunun klubla hazırkı müqaviləsi 2022-ci ilin yayınadək qüvvədədir.

Xəbər Lenti