Dünya futbolu ŞOK-da! - İbrahimoviçdə koronavirus aşkarlandı

15 Mart 2020 14:00 İtaliya 2 079
Dünya futbolu ŞOK-da! - İbrahimoviçdə koronavirus aşkarlandı

İtaliyada daha bir futbolçunun koronavirusa yoluxduğu barədə xəbərlər yayılıb.

Sportinfo.az xəbər verir ki, “Milan”ın hücumçusu Zlatan İbrahimoviçdən götürülən testlər müsbət nəticə verib.

İtaliya mətbuatının iddiasına görə, isveçli futbolçu 14 günlük karantinə alınıb. Lakin hələlik, bu xəbər rəsmən təsdiqlənməyib.

İtaliyada daha öncə 9 futbolçunun koronavirusa yoluxduğu açıqlanmışdı. Rəsmi açıqlamalara görə, “Yuventus”da Daniel Ruqani, “Fiorentina”da Patruk Kutrone, German Pesselya və Duşan Vlahoviç, “Sampdoriya”da isə Manolo Qabbyadini, Antonio de Qumina, Albin Ekdal, Omar Kolli və Morten Torsbi koronavirusa yoluxduğu üçün karantin altında müalicə olunur.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”