Yığmamıza namizəd: “Koronavirusa görə dostlarımı itirdim”

15 Mart 2020 15:00 İtaliya 820
Yığmamıza namizəd: “Koronavirusa görə dostlarımı itirdim”

Adı millimizlə yanaşı çəkilən “Qalatasaray”ın keçmiş baş məşqçisi Çezare Prandelli İtaliyadakı koronavirus böhranından çox zərər çəkdiklərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o “Dostlarımı itirdim və bu çox əzab verir. Evdə qalmaqdan başqa əlimizdən gələn bir şey yoxdur”, - deyib.

“Qalatasaray”ın 2014-cü ildə baş məşqçisi olan Çezare Prandelli koronavirus səbbindən çox zor günlər keçirdiklərini söyləyib. İtaliyada yaşayan təcrübəli baş məşqçi virusun yayılmağa başladığı andan etibarən sıxıntıların artdığını da qeyd edib.

62 yaşındakı Prandelli xüsusilə ətrafındakı bir çox dostunu və tanıçını itirdiyini də deyib. Çox böyük bir hüzn yaşadığını vurğulayan “Qalatasaray”ın keçmiş baş məşqçisi

“Təəssüf ki, İtaliyada qabaqlayıcı tədbirlər almaqda gecikdik. Dostlarımı itirdim və bu çox əzab verir. Evdə qalmaqdan başqa əlimizdən gələn başqa bir şey yoxdur. Sosial təmaslardan qaçırıq”, - deyib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"