İtaliya klubunun 5 futbolçusunda koronavirus aşkarlandı

14 Mart 2020 00:10 İtaliya 457
İtaliya klubunun 5 futbolçusunda koronavirus aşkarlandı

"Sampdoriya"nın 5 futbolçusuna koronavirus diaqnozu qoyulub.

Sportinfo.az xəbər verir ki, bunlar müdafiəçi Omar Kolli, yarımmüdafiəçi Olbin Ekdal, cinah oyunçusu Morten Torsbyu, eləcə də hücumçular Manolo Qabbyadini və Antonio La Quminadır.

Onların hamısından götürülmüş test müsbət nəticə verib.

Daha əvvəl "Yuventus"un müdafiəçisi Daniele Ruqanidə də infeksiya aşkarlanıb. Turin klubu futbolçunu onunla təmasda olmuş bütün şəxslərdən izolyasiya edib. Hücumçu Paulo Dibalanın da yoluxması xəbəri isə təsdiqlənməyib.

Digər Xəbərlər
Xəbər Lenti