Koronavirusa yoluxan "Yuve"lidən açıqlama: “Vəziyyətim yaxşıdır”

12 Mart 2020 16:56 İtaliya 590
Koronavirusa yoluxan "Yuve"lidən açıqlama: “Vəziyyətim yaxşıdır”

Koronovirusa yoluxan “Yuventus”un müdafiəçisi Daniel Ruqani açıqlama verib.

Sportinfo.az xəbər verir ki, testləri müsbət çıxan italiyalı futbolçu sosial şəbəkə hesabında sağlamlığının təhlükədə olmadığını bildirib:

“Xəbərləri oxudunuz, bəli, koronavirusa yoluxmuşam. Mənim üçün narahat olanlara səslənmək istəyirəm: vəziyyətim yaxşıdır.

Epidemiya fərq qoymadan hər kəs üçün təhlükə yaradır. Hər kəsi sevdiklərini, ətrafında olanları və özünü düşünməyə çağırıram”.

Ruqani İtaliya A Seriyasında koronavirusa yoluxan ilk oyunçu olub. Ölkə çempionatı epidemiyaya görə dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti