“Yuventus”un futbolçusu koronavirusa yoluxdu - FOTO

12 Mart 2020 11:06 İtaliya 453
“Yuventus”un futbolçusu koronavirusa yoluxdu - FOTO

“Yuventus”un müdafiəçisi Daniele Ruqani koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

““Yuventus” klubu bu saatlarda qanunla nəzərdə tutulmuş bütün təcrid prosedurlarını, o cümlədən onunla əlaqə saxlayanların siyahıyaalınmasını həyata keçirəcək” - deyə məlumatda bildirilir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.

Digər Xəbərlər
Xəbər Lenti