Təxirə salınan çempionatı başa çatdırmaq mümkün olmasa...

12 Mart 2020 01:56 İtaliya 1 179
Təxirə salınan çempionatı başa çatdırmaq mümkün olmasa...

İtaliya A Seriyasının oyunlarının keçirilməsinin dayandırıldığı rəsmi olaraq açıqlanıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb koronavirus epidemiyasıdır. Bu barədə turnirin sosial şəbəkə hesabı məlumat yayıb.

Məlumatda “A Seriyası rəsmi olaraq dayandırılır. Biz fasilə götürürük, amma qayıdacağıq. Hər şey yaxşı olacaq” sözlərinə yer verilib.

Epidemiya səbəbiylə A Seriyasının bir neçə turu azarkeşsiz keçirilmiş, eyni zamanda, bəzi oyunlar təxirə salınmışdı. Son olaraq İtaliyanın baş naziri Cüzeppe Konte ölkədəki bütün idman tədbirlərinin aprelin 3-nə qədər təxirə salındığını açıqlamışdı.

Yeri gəlmişkən, İtaliyadakı futbol çempionatlarında reqlament dəyişikliyi ola bilər. Bu barədə yerli futbol federasiyasının prezidenti Qabriele Qravina ölkə mətbuatına açıqlamasında deyib.

Qurum rəsmisi bildirib ki, koronavirusa görə aprelin 3-dək təxirə salınan çempionatları başa çatdırmaq mümkün olmasa, yeni sistem tətbiq oluna bilər.

Q.Qravina hazırkı sıralamaya əsasən, çempionluq üçün pley-off, aşağı dəstəyə düşməmək üçün isə pley-aut sisteminə keçə biləcəklərini istisna etməyib.

Hazırda İtaliya A Seriyasında turnir cədvəlinə 63 xalla “Yuventus” başçılıq edir. 1 xal az toplayan “Latsio” isə 2-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı