İtaliya A seriyası dayandırıldı

11 Mart 2020 14:22 İtaliya 498
İtaliya A seriyası dayandırıldı

Futbol üzrə İtaliya çempionatının A seriyası dayandırılıb.

Sportinfo.az xəbər verir ki, bunu A seriyası öz tvitter səhifəsi vasitəsilə yayıb.

Məlumatda koronavirus səbəbindən dayandırılan turnirin tezliklə bərpa olunacağına ümidvar olunduğu bildirilir: “A seriyası rəsmən dayandırılır. Biz fasilə götürürük. Amma artıq qayıdışı gözləyirik. Hər şey yaxşı olacaq”.

Çempionatın bir sıra oyunları təxirə salınıb, bəziləri azarkeşsiz keçirilib. İki gün öncə İtaliyanın baş naziri Cüzeppe Konte bütün idman tədbirlərinin dayandırılacağını açıqlayıb.

Hazırda çempionatın necə başa çatdırılması variantları da nəzərdən keçirilir. Hazırki turnir cədvəlinə əsasən medalların verilməsi, yoxsa pley-offun təşkil edilməsi müzakirə mövzusudur.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!