A seriyası dayandırılsa, Skudetto kimə veriləcək?

10 Mart 2020 14:08 İtaliya 548
A seriyası dayandırılsa, Skudetto kimə veriləcək?

İtaliya çempionatı koronavirusa görə aprelin 3-nə qədər dayandırılıb.

Sportinfo.az xəbər verir ki, A seriyasının mövsüm yekunlaşmadan dayandırılması variantı da müzakirə olunur.

Maraqlıdır, çempionat dayandırılsa, Skudetto hansı komandaya veriləcək?

Hazırda A seriyasının rəhbərliyi 3 variantı müzakirə edir. Birinci variant - çempionatı yayda davam etdirməkdir. Ancaq bu variant yalnız Avropa çempionatı təxirə salınacağı təqdirdə mümkündür.

İkinci variant – qarşılaşmaları 2-3 gündə n bir keçirmək və İtaliya kubokunun oyunlarını yaya salmaq.

Üçüncü variant – çempionatı tam dayandırmaq. Belə olacağı təqdirdə, hazırda liderlik edən “Yuventus” çempion elan olunmayacaq.

Amma avrokuboklarda mübarizə aparacaq komandalar indiki duruma görə müəyyənləşəcək. A seriyasını isə heç bir komanda tərk etməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti