Ronaldodan 1000 fenomeni - 18 mövsüm, 4 klub, 725 qol

10 Mart 2020 10:10 İtaliya 1 168
Ronaldodan 1000 fenomeni - 18 mövsüm, 4 klub, 725 qol

“Yuventus” İtaliya A Seriyasının 26-cı turu çərçivəsində “İnter”i məğlub edib.

Sportinfo.az xəbər verir ki, 2:0 hesabıyla bitən matç Turin təmsilçisinin futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

Bu barədə portuqaliyalı hücumçu özünün “instagram” hesabından məlumat yayıb. Belə ki, Ronaldo peşəkar karyerası ərzində 1000-ci rəsmi oyununa çıxıb.

35 yaşlı hücumçu 18 mövsüm ərzində 4 klubda (“Sportinq”, “Mançester Yunayted”, “Real”, “Yuventus”) çıxış edib və 725 qola imza atıb. Hazırda “Yuventus”da çıxış edən Ronaldonun müqaviləsi 2022-ci ilin yayına qədərdi.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"