İstefaya göndərildi: "Şimali Koreyada yaşadığımızı bilmirdim"

8 Mart 2020 16:00 İtaliya 893
İstefaya göndərildi: "Şimali Koreyada yaşadığımızı bilmirdim"

"Milan"ın futbol şöbəsinin sabiq rəhbəri Zvonimir Boban istefaya göndərilməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, verdiyi açıqlamalarda qeyri-qanuni bir şey görmədiyi üçün işdən çıxarılmasını düzgün hesab etmədiyini deyib:

"Şimali Koreyada yaşadığımızı bilmirdim. Mənim müsahibəm qanuni və qüsursuz idi. Klubdakı daxili vəziyyətin aydınlaşdırılması üçün dəfələrlə edilən müraciətlərə cavab verirdi".

Zvonimir Boban mediadakı tənqidi açıqlamalarına görə istefaya göndərilib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM