Polisdən qaçan hakim qatarın altında qalaraq öldü

7 Mart 2020 15:32 İtaliya 601
Polisdən qaçan hakim qatarın altında qalaraq öldü

İtaliyalı futbol hakimi Antonio Martinielllo polisdən qaçmağa çalışarkən qatarın altında qalaraq dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, hadisə ölkənin şərqindəki Porto Potenza Picena kəndində baş verib.

31 yaşlı hakim sabiq sevgilisinin ittihamı əsasında ev həbsinə məhkum edilmişdi. Martiniello elektron qolbaq taxıb, lakin mənzildən qaçaraq həbs şərtlərini pozub.

Polis əməkdaşları onu həbs etmək üçün hakimin yanına gəlib, lakin Martiniello hüquq-mühafizə orqanlarından gizlənib.

O, qaçan zaman relslərin üzərinə yıxılıb və qatarın altında qalaraq vəfat edib. Polis Martinielllonun özünü qatarın altına bilərəkdən atdığını istisna etmir.

Martinielllo fevral ayında regional liqa matçında qapıçını vurduğu üçün bir il müddətinə hakimlikdən məhrum edilib.

Digər Xəbərlər
Xəbər Lenti