İnternet üçün aylıq ödənişi etməyənlər cərimələnir? - VİDEO

25 Avqust 2024 08:50 Hadisə 1 090
İnternet üçün aylıq ödənişi etməyənlər cərimələnir? - VİDEO

İnternet üçün ödəniş etmədiyinə görə 140 manat cərimə edilib.

İmişli sakini Mərhəmət Həsənov bildirib ki, internetdən istifadə etmədiyi aylıq ödənişi dayandırıb. Aylar sonra isə ona məhkəmədən cərimə edilməsi ilə bağlı bildiriş gəlib.

Mərhəmət Həsənov qeyd edib ki, 140 manatlıq cərimə onun yeddi aylıq internet ödəniş məbləği qədərdir.

Əgər vaxtında bilsəydi, cərimə əvəzinə aylıq ödəniş edərdi. Baxmayaraq ki, əvvəllər ödənişi gecikdirəndə ona bu barədə xəbərdarlıq edilib, son aylarda isə ümumiyyətlə məlumat verilməyib.

Məsələ ilə bağlı “Aztelekom”dan bildirilib ki, abunəçi yeni tariflərin tətbiq edilməsi ilə bağlı xidmətlərdən imtina etmək istədiyi təqdirdə, bu barədə müraciət etməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada