İtaliya millisində yeni adlar

8 Noyabr 2019 23:17 İtaliya 629
İtaliya millisində yeni adlar

İtaliya millisinin baş məşqçisi Roberto Mançini yığmanın AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovina və Ermənistanla oyun üçün heyəti açıqlayıb. Sportinfo.az xəbər verir ki, Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edən İtaliya yığmasına üç yeni futbolçu dəvət edilib. Rikkardo Orsolini, Qaetano Kastrovilli və Andre Çistana millidə debüt edəcəklər:

Qapıçılar: Canluici Donnaruma(“Milan”), Pyerluici Qollini(“Atalanta”), Aleks Meret(“Napoli”), Salvatore Sirigu(“Torino”)

Müdafiəçilər: Françesko Açerbi(“Latsio”), Kristian Biraqi(“İnter”), Leonardo Bonuççi(“Yuventus”), Andrea Çistana(“Breşiya”), Covanni Di Lorentso(“Napoli”), Emerson Palmieri(“Çelsi”), Alekssandro Florentsi(“Roma”), Armando İzzo(“Torino”), Alessio Romanyoli(“Milan”), Leonardo Spinazzola(“Roma”)

Yarımmüdafiəçilər: Nikola Barella(“İnter”), Qaestano Kastrovilli(“Fiorentina”), Jorjinyo(“Çelsi”), Rolando Mandraqora(“Udineze”), Marko Veratti(PSJ), Nikola Zaniolo(“Roma”)

Hücumçular: Andrea Belotti(“Torino”), Domeniko Berardi(“Sassuola”), Federiko Bernardeski (“Yuventus”), Federiko Kyeza(“Fiorentina”), Stefan El-Şaaravi(“Şanxay Şenxua”), Çiro İmmobile(“Latsio”), Lorenso İnsinye(“Napoli”), Rikkardo Orsolini(“Bolonya”)

Digər Xəbərlər
Xəbər Lenti