16 illk hücumçusunu 10 milyon avroya satdı - RƏSMİ

21:40 İtaliya 95
16 illk hücumçusunu 10 milyon avroya satdı - RƏSMİ

“Cenoa” “Milan”ın hücumçusu Lorenzo Kolombonun transferini rəsmən açıqlayıb.

Sportinfo.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı forvard klubla müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

Kolombo 2025/26 mövsümünü “Cenoa”da satınalma şərti ilə icarə əsasında keçirmişdi. K

omandanın A Seriyasında qalması və futbolçunun çempionatda ən azı 5 qol vurması ilə bu maddə avtomatik qüvvəyə minib.

Transferin dəyərinin təxminən 10 milyon avro olduğu bildirilir. Bu keçid Kolombo üçün xüsusi əhəmiyyət daşıyır, çünki o, 16 il ərzində aid olduğu “Milan”la yollarını ilk dəfə tam şəkildə ayırıb.

Kolombo karyerası ərzində icarə əsasında “Kremoneze”, SPAL, “Leççe”, “Monza”, “Empoli” və “Cenoa”da çıxış edib. O, bu mövsüm A Seriyasında keçirdiyi 37 matçda 7 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti