“Yuventus”un müdafiəçisi Qleyson Bremer İngiltərə Premyer Liqasının iki aparıcı klubunun diqqət mərkəzinə düşüb.
Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə “Mançester Yunayted” və “Liverpul” maraqlanır.
“Yuventus” cari mövsümdə UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Bremer gələcəyi ilə bağlı qərarını yenidən nəzərdən keçirə bilər.
Onun müqaviləsinin müddəti 2029-cu ilə qədər olsa da, bu yay ayrılıq ehtimalı yüksək qiymətləndirilir.
Daha əvvəl Turin klubu 29 yaşlı müdafiəçini təxminən 70 milyon avro dəyərində qiymətləndirirdi. Ancaq hazırda daha əlverişli təklifləri də nəzərdən keçirməyə hazırdır.
“Yuventus” İtaliya A Seriyasında 37 turdan sonra 68 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

