“İnter”in hücumçusu Lautaro Martines başqa kluba keçməyi düşündüyünü etiraf edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu qərara ötən yay, komandanın Klublararası dünya çempionatındakı uğursuzluğundan sonra gəldiyini bildirib:
“Çempionlar Liqasının finalında uduzduqdan sonra qaranlıq uçuruma düşməkdən qorxmadım, amma Klublararası dünya çempionatından sonra qorxdum.
Çox əziyyət çəkdim və müxtəlif şeylər haqqında düşündüm. “İnter”dən məni buraxmasını xahiş etdiyimi demirəm, amma düşünürdüm ki, “təklif gəlsə, bəlkə…
” Həqiqətən də, sarsılmışdım. Buna görə də, məğlubiyyətdən sonra meydançaya çıxıb, düşündüklərimi dedim.
Paltardəyişmə otağında gördüklərimi bölüşmək istədim. Kapitan kimi, bu, mənim vəzifəm idi. Özümə də əsəbi idim”.
Argentinalı forvardın “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

