İtaliyalı sabiq qapıçı Canluici Buffon 40 yaşından sonra meydana çıxanda necə hiss etdiyi haqda danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 42 və ya 43 yaşında belə, dünya futbolunun ən nüfuzlu fərdi mükafatı olan “qızıl top”u qazana biləcəyinə əmin olduğunu söyləyib:
“42 və ya 43 yaşında “qızıl top”u qazanmaq üçün lazım olan hər şeyə sahib idim.
Çempionlar Liqasının finalında “Yuventus”la uduzmaq (2017-ci ildə “Real”a məğlubiyyəti nəzərdə tutur – red.) məyusedici idi, amma oynamağa davam etmək istəyirdim.
Özümə yeni hədəflər qoymağa davam edirdim, məsələn, altıncı dünya çempionatı, Çempionlar Liqasını qazanmaq, “Parma” ilə A Seriyasına qayıtmaq. Bu, məni motivasiya edirdi”.
Buffon 2023-cü ildə, 45 yaşında karyerasını bitirib.

