Millinin sabiq çalışdırıcısının xidmətində hansı klub maraqlıdır?

21:40 İtaliya 123
Millinin sabiq çalışdırıcısının xidmətində hansı klub maraqlıdır?

İtaliya millisinin sabiq çalışdırıcısı Cennaro Qattuzo yaxın vaxtlarda yenidən məşqçiliyə qayıda bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssisin xidmətində “Torino” maraqlıdır və tərəflər artıq danışıqlara başlayıblar.

Klubun Qattuzoya müddəti 2028-ci ilin yayına qədər olan müqavilə təklif etdiyi bildirilir. Razılaşmada daha bir il uzadılma şərti də nəzərdə tutulur.

Müqavilə imzalanarsa, 48 yaşlı mütəxəssisin illik maaşı bonuslarla birlikdə təxminən 1,5 milyon avro olacaq.

Qattuzo 2025-ci ilin iyunundan 2026-cı ilin aprelinə qədər İtaliya millisinin baş məşqçisi olub. O, komandanın dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra postunu tərk etmişdi.

“Torino” hazırda İtaliya A Seriyasında 35 turdan sonra 41 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti