Braziliyalı hücumçunun transferindən vaz keçdilər - Premyer Liqadan

7 May 18:20 İtaliya 637
Braziliyalı hücumçunun transferindən vaz keçdilər - Premyer Liqadan

“Milan”ın “Arsenal”ın hücumçusu Qabriel Jesusun transferindən imtina etməyə yaxın olduğu bildirilir.

Bir müddət əvvəl “qırmızı-qaralar”ın “topçular”ın forvardını heyətinə qatmaq üçün əsas namizəd olduğu deyilirdi.

Sportinfo.az “Calciomercato”-ya istinadən xəbər verir ki, hazırda bu keçid real görünmür. İtaliya klubu diqqətini digər namizədlərə yönəltmək qərarına gəlib.

Bundan əvvəl braziliyalı futbolçunun nümayəndələrinin “Milan”la danışıqlar apardığı barədə xəbərlər yayılmışdı.

29 yaşlı forvardın “Arsenal”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, cari mövsümdə baş məşqçi Mikel Artetanın komandasında keçirdiyi 26 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!